futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Atletiko” İspaniya La Liqasının XIII turunda “Xetafe”yə qalib gəlib – 3:0.
Futbolpress.az xəbər verir ki, bu, argentinalı mütəxəssis Dieqo Simeonenin çempionatdakı 345-ci qələbəsi olub.
Simeone La Liqada ən çox qalibiyyət əldə edən baş məşqçi ünvanına yiyələnib. O, bu göstəricidə Luis Araqonesi ötüb (344 qələbə).
Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Komanda onun başçılığı altında iki dəfə La Liqanı qazanıb.