Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dieqo Simeone UEFA-dan narazılıq edib.“Atletiko”nun baş məşqçisi komandasının Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasına görə bu təşkilatı günhalandırıb.
Xatırladaq ki, “"Real” evdə “Atletiko”nu 2:1 hesabı ilə məğlub etmiş, cavab oyununda “Atletiko” 1:0 hesabı ilə qalib gəlmiş, penalti seriyasında isə “Real” 4:2 hesabıyla əzəli rəqibindən üstün olmuşdu.Simeone UEFA-nı nəticəyə əvvəlcədən qərar verməkdə günahlandırıb:“Çempionlar Liqasında yaxşı çıxış etdik, yaxşı mübarizə apardıq, ikinci matçda qalib gəldik, lakin mərhələni UEFA-nın qərar verdiyi kimi başa vurduq.
Qalib gəldik, amma mübarizədən kənarlaşdırıldıq. Mən bunu uğursuzluq hesab etmirəm, başverənlər tamamilə göz qabağında idi”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.