Simeone UEFA nı günahlandırdı

30.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmaqlarına görə UEFA-nı günhalandırıb.

QOL.az xəbər verir ki, "Real" "Atletiko"nu ilk görüşdə 2:1 hesabı ilə məğlub edib. Cavab oyununda "Atletiko" 1:0 hesablı qələbə qazanıb. Penaltilər seriyasında isə "Real" üstün olub - 4:2.

Dieqo Simeone isə UEFA-nın matçın nəticəsinə əvvəldən qərar verməkdə günahlandırıb:

"Çempionlar Liqasında yaxşı çıxış etdik, yaxşı mübarizə apardıq, ikinci matçda qalib gəldik, lakin mərhələni UEFA-nın qərar verdiyi kimi başa vurduq. Qalib gəldik, amma mübarizədən kənarlaşdırıldıq. Mən bunu uğursuzluq hesab etmirəm, baş verənlər tamamilə göz qabağında idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью