Simeonenin “Atletiko”su “Barselona”nı Çempionlar Liqasından 3 dəfə kənarlaşdırıb

15.04.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Dieqo Simeonenin rəhbərliyi altında “Atletiko Madrid” “Barselona”nı Çempionlar Liqasından üç dəfə kənarlaşdırıb.

İdman.Biz xəbər verir ki, kataloniyalılar cari mövsümün dörddəbir finalında Madridə ümumi hesabla 2:3 (0:2, 2:1) məğlub olublar.

“Atletiko Madrid” həmçinin 2013/14 və 2015/16 mövsümlərində dörddəbir finalda “Barselona”nı məğlub edib.

Simeone 2011-ci ildən “Atletiko Madrid”ə rəhbərlik edir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью