Simeonenin bu cavabına hamı güldü Video

05.05.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Simeonenin bu cavabına hamı güldü - Video

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının yarımfinalında Londonda “Arsenal” ilə cavab oyunundan əvvəl otelin dəyişdirilməsi barədə qərar qəbul edib. 

QOL.az xəbər verir ki, bu barədə The Touchline X sosial şəbəkəsində məlumat yayıb.İspan klubu oktyabrda “topçular”la görüş zamanı qaldığı eyni oteldə yerləşməli idi. Həmin vaxt “Atletiko” 0:4 hesabı ilə ağır məğlubiyyət almışdı.

Simeone bunu bir təsadüf kimi görməyib və son anda qalacaqları yeri dəyişməkdə israr edib. Nəticədə futbolçular cəmi bir neçə dəqiqə qalmış əşyalarını tez-tələsik yığıb başqa otelə köçməli olublar.

Matçdan öncə təşkil olunan mətbuat konfransında bir jurnalist bununla əlaqədar Simeonedən soruşub:

“Arsenal” ilə oyundan bir gün əvvəl qaldığınız oteli dəyişdiniz. Bu, bir batil inanca görədirmi?” Simeonenin bu suala cavabı isə zaldakı bütün jurnalistlərı güldürüb: “Xeyr. Sadəcə hazırkı otel daha ucuzdur”.

“Atletiko” ilə “Arsenal” arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью