Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah”ın futbolçusu Velko Simiç jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, serb oyunçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Slaviya” üzərində qazandıqları qələbə (2:0) və qarşıdakı matçlar ilə bağlı fikirlərini bildirib.
– Qələbə münasibətilə təbriklər. Qalib gəldiniz. Özünüzü necə hiss edirsiniz?
– Özümü əla hiss edirəm. Çempionlar Liqasında qələbə qazandıq. Düşünürəm ki, hamımız özümüzü çox yaxşı hiss edirik.
– “Sabah”ın Çempionlar Liqasındakı şanslarını necə qiymətləndirirsiniz?
– Görəcəyik. Biz hər oyuna ayrı-ayrılıqda yanaşırıq. Artıq iki oyundan birində qələbə qazanmışıq. Düşünürəm ki, bu, başlanğıc üçün çox yaxşı nəticədir. Addım-addım irəliləyəcəyik.
– Bakı Olimpiya Stadionunda oynamaq necə hissdir?
– Burada oynamaq çox xoşdur, əla hissdir. Azarkeşlərin dəstəyi yaxşıdır. “Borussiya Dortmund”la oyunda daha böyük dəstək gözləyirik.
– Rəqibin fiziki mübarizəsi haqqında nə deyə bilərsiniz?
– Çox çətin və fiziki mübarizə baxımından gərgin oyun oldu. Rəqibimiz yaxşı komandadır. Lakin onların fiziki mübarizəsinə çox yaxşı cavab verdik, topla yaxşı oynadığımız anlar oldu və nəticədə qalib gəldik.