Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Rumıniyanın əsas müxalifət partiyası olan Rumınların Birləşməsi Alyansının lideri Corc Simion Avropa İttifaqı rəhbərliyini sərt tənqid edib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, son 15–20 ildə Brüsseldə qəbul edilən qərarlar Avropanın iqtisadi potensialına ciddi zərbə vurub.
O bildirib ki, Avropa İttifaqının hazırkı siyasəti düzgün istiqamətdə deyil və bu kurs Avropa iqtisadiyyatını zəiflədib.
Özünü “avrorealist” adlandıran siyasətçi Rumıniyanın tanınmış avroskeptiklərindən biri hesab olunur.
O, xüsusilə Ursula fon der Lyayen başda olmaqla Aİ rəhbərliyini dəfələrlə tənqid edib.
“Politico” nəşrinin məlumatına görə, Simion hakimiyyətə gəlsə, Avropa siyasətində Macarıstanın Baş naziri Viktor Orbandan da daha radikal mövqe sərgiləyə bilər.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin