Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan və Qazaxıstan arasında aviasiya sahəsində əməkdaşlıq uzun illərə söykənir və 20 ildən artıq müddətdə tərəflər arasında müxtəlif kommersiya sazişləri imzalanıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Şımkent Beynəlxalq Terminalı MMC-nin direktoru Vladimir Denisov Bakı-Şımkent marşrutu üzrə ilk reysin qarşılanması mərasimində bildirib.
V.Denisov qeyd edib ki, Şımkent-Bakı marşrutunun açılması iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək və turizm sahəsində əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq: “Ümid edirik ki, bu marşrut Şımkent və Bakı arasında əlaqələrin inkişafına, sərnişin axınının artmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcək”.