Simon Banza Yunanıstan klubuna keçdi

15.09.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Simon Banza Yunanıstan klubuna keçdi

Konqo Demokratik Respublikası millisinin hücumçusu Simon Banza karyerasını Yunanıstanda davam etdirəcək.

QOL.az xəbər verir ki, 30 yaşlı forvard BƏƏ-nin “Əl-Cəzirə” klubundan PAOK-a keçib.

Banza Yunanıstan klubunda 1 il müddətinə icarə əsasında çıxış edəcək. Müqavilədə futbolçunun transfer hüquqlarının alınması ilə bağlı şərt də yer alıb.

Hücumçu PAOK-da 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Simon Banza daha əvvəl "Braqa" və "Trabzonspor"da da çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью