Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu italiyalı Simone İnzaqini komandanın baş məşqçisi təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Hilal"ın Mətbuat Xidməti məlumat yayıb.
İnzaqinin 49 yaşı var və 2021-ci ildən o, "İnter"i çalışdırıb. Onun rəhbərliyi altında komanda üç dəfə İtaliya Superkubokunu (2021, 2022, 2023), iki dəfə ölkə kubokunu (2022, 2023), həmçinin İtaliya çempionatını (2024) qazanıb və iki dəfə Çempionlar Liqasının finalına (2023, 2025) yüksəlib.