Simone İnzaqi illik 20 milyon avro maaşdan imtina etdi

20.05.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İnter" baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın təklifini geri çevirib.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, 49 yaşlı mütxəssis onunla illik 7 milyon avro maaş qarşılığında müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə bağlamaq istəyən Milan təmsilçisində qalmaq niyyətindədir. Mənbə "Əl-Hilal"ın prezidentinin İnzaqi ilə danışıqlar aparmaq üçün Milana gəldiyini, lakin görüş zamanı mütəxəssisdən "yox" cavabı aldığını vurğulayıb.

Daha öncə “La Gazzetta dello Sport” İnzaqinin iyunun 1-də Səudiyyə Ərəbistanına yollanaraq illik 20 milyon avro məvacib fonunda "Əl-Hilal"la müqavilə bağlayacağını iddia edib.

Qeyd edək ki, sözügedən mütəxəssis 2021-ci ildən "İnter"i çalışdırır.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью