Simone Kometti: Mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır

18.12.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 dekabr, Günel Alıyeva, Tofiq Babayev, AZƏRTAC

Mədəni irsin qorunması və mühafizəsində qabaqcıl təcrübənin mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, strateji prioritetlərdən biri də gənc nəslin maarifləndirilməsidir.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Florensiyada (İtaliya) fəaliyyət göstərən Romualdo del Byanko Fondunun “Life Beyond Tourism” təşəbbüsünün baş katibi Simone Kometti bildirib.

Onun sözlərinə görə, gənclər öz mədəni köklərinin və milli mədəni kimliyinin qorunmasının vacibliyini dərindən dərk etməlidirlər. “Eyni zamanda onlar anlamalıdırlar ki, mədəni müxtəlifliyə hörmət universal dəyərdir. Məhz bu yanaşma mədəni irsə məsuliyyətli münasibətin formalaşmasının və mədəni müxtəlifliyin dərk edilməsinin ilk və əsas mərhələsidir. Bu, fondumuzun əsas missiyasını və mesajını əks etdirir”, – deyə o vurğulayıb.

Simone Kometti, həmçinin qeyd edib ki, mədəni irs və mədəni turizm müxtəlif ölkə və mədəniyyətlərdən olan insanlar arasında mədəniyyətlərarası dialoqun təşviqi, sülhə əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından mühüm və səmərəli vasitələrdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью