Simonov Dünya kubokunda Azərbaycana gümüş medal qazandırıb

27.04.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya kuboku mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov halqalarla yarışda 14,333 xal toplayaraq gümüş medal qazanıb.

Qeyd edək ki, bundan əvvəl Dünya kubokunun Bakı mərhələsinin qalibi olan Simonov Kottbus, Osiek və Antalyada isə ikinci yeri tutub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью