Simonov Dünya kubokunda finala yüksəlib

11.04.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə Dünya kuboku keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin üzvü Nikita Simonov halqalarla hərəkətlərdə finala yüksəlib.

O, təsnifatda dördüncü nəticəni göstərib - 14.333. Bu yarışda türk Adem Asil (14.400) birinci yerdən finala yüksəlib.

Qeyd edək ki, Simonov Dünya kubokunun ümumi turnir cədvəlinə başçılıq edir. O, Bakıda mərhələnin qalibi olub, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində gümüş medal qazanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью