Simonov Dünya kubokunun turnir cədvəlində liderliyini möhkəmləndirib

24.03.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya kuboku seriyasında halqalarla hərəkətdə lider statusunu möhkəmləndirib.

İdman.biz xəbər verir ki, 3 mərhələdən sonra təmsilçimiz 80 xalla ümumi sıralamada 1-ci pillədəki mövqeyini qoruyub.

Nikita Bakıda qızl medal qazanaraq 30, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində isə gümüş medala sahiblənərək hər birində 25 xal qazanıb.

Beləliklə, Simonov ilin əvvəlindən keçirilən bütün reytinq turnirlərində fəxri kürsüyə yüksəlib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью