Simonyan 44 günlük müharibədə Ermənistanın itkilərini açıqladı

28.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan 44 günlük müharibə ilə bağlı yenilənmiş rəqəmləri açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, onun sözlərinə görə, müharibə nəticəsində ümumilikdə 3833 nəfər həyatını itirib. Həlak olanların 78-i mülki vətəndaş, 3755-i isə hərbi qulluqçudur.

A. Simonyan bildirib ki, hazırda 191 nəfərin taleyi naməlum olaraq qalır. Onlardan 172-si hərbçi, 19-u mülki şəxsdir.

İlhamə Qasımlı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью