Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan tərəfindən sülh prosesinin dərinləşdirilməsi istiqamətində addımların davam etdirilməsinə dair praktiki hazırlıq müşahidə etdiyini bildirib.
Demokrat.az xəbər verir ki, Simonyan həmçinin Ermənistan və Azərbaycan cəmiyyətlərinin bir-birinə olan münasibətində tədricən dəyişiklik edilməsi zərurətini vurğulayıb.
"Biz insanların münasibətlərinə dair son otuz ilin mirasını – təkcə Ermənistanda deyil, həm də Azərbaycanda – dəyişməyi bacarmalıyıq", – deyə qeyd edən Simonyan vurğulayıb.
O, iki ölkə arasında qarşılıqlı nümayəndə heyətlərinin səfərlərinin artıq həyata keçirildiyini və bu təmasların davam etdirilməli olduğunu əlavə etdi.
Azərbaycana mümkün səfərlə bağlı sualı cavablandırarkən isə Simonyan bu ehtimalı istisna etməyib.
O, Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında əvvəllər Dilicanda görüş keçirildiyini xatırladıb.
"Belə bir səfəri şəxsən özümün də həyata keçirməyimi istisna etmirəm. Hər hansı vaxt çərçivəsini dəqiq deyə və ya konkret təfərrüatlar verə bilmərəm", - deyə Simonyan bildirib.
Alparslan
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, Simonyan həmçinin Ermənistan və Azərbaycan cəmiyyətlərinin bir-birinə olan münasibətində tədricən dəyişiklik edilməsi zərurətini vurğulayıb.