Simonyan: Azərbaycanda Ermənistan malları satılacaq

29.05.2025

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan və Azərbaycan bir-biri ilə sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək, əvvəllər olduğu kimi bizim bazarlarda Azərbaycan malları, onların bazarlarında isə Ermənistan malları olacaq. Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar. Müharibə olmayacaq, sülh olacaq”, - spiker bildirib.

Alen Simonyan iki xalq arasında sülh və birgəyaşayışa qarşı çıxan erməniləri “Köçəryan-Serj zooparkında yaşayan heyvanlar” adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью