Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ermənistan mümkün olan hər bir iqtisadi məsələdə alternativlər və tarazlıqları seçib. Bu taktika davam edəcək”.
“Cebheinfo.az” xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bunu sentyabrın 16-da jurnalistlərlə söhbətində qaz bahalaşacağı halda Ermənistanın Rusiya qazına alternativ tapacağı və bunun Azərbaycan qazı olacağı ilə bağlı sualı cavablandırarkən bildirib.
Qazın hansı ölkədən alınacağı barədə suala Simonyan belə cavab verib: "Mümkün olan hər bir ölkədən".
Rusiya qazından imtina etdikdən sonra Azərbaycan qazına keçməyin mümkünliyinə gəldikdə, Təhlükəsizlik Şurasının katibi belə cavab verdi:
"İynədə yaşamaq seçim deyil. Kim dedi ki, bir ölkədən asılılığı digərindən asılılıqla əvəz edəcəyik? Biz bütün mümkün mənbələrdən qaz almaq niyyətindəyik. Rusiya bizə qaz verərsə, Rusiyadan alacağıq, Azərbaycan bizə qaz verərsə, Azərbaycandan alacağıq, İran bizə qaz verərsə, İrandan alacağıq, Türkiyənin başqa yerdən qaz tədarük etmək imkanı varsa, eyni zamanda onlardan alacağıq. Kim dedi ki, birindən imtina edib başqasının cibinə girməliyik?
Kim dedi ki, Rusiya qazı ucuzdur və kim dedi ki, qazın qiyməti yalnız dollarla ölçülür? Görürsünüz, o, siyasi valyuta kimi istifadə olunur. Benzin idxalı haradan daha ucuz idi və indi yanacaqdoldurma məntəqələrimiz onu haradan alır? Azərbaycandan”.
O deyib ki, benzinin qiymətinin artmasının təchizatla heç bir əlaqəsi yoxdur:
“Üstəlik, hazırda Rusiyada, ümumiyyətlə, benzin yoxdur. Bəs daha yaxşısı nədir? Ölkəmiz hələ də bağlı sərhədlər altında yaşayır. Biz qonşu ölkədən neft məhsulları almaq və ehtiyaclarımızı ödəmək imkanı yaratmışıq".
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin