Simonyan: Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub

05.12.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub.

Oxu.Az xəbər verir ki, A.Simonyan bu məlumatı jurnalistlərə açıqlamasında bildirib.

A.Simonyanın sözlərinə görə, məlumatların sızmasına görə Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryan məsuliyyət daşıyıb.

"Baş nazir gəlib Azərbaycan Prezidenti ilə görüşün təfərrüatını bizə danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür və o, hər şeyi açıqlayır. Sizcə, bu normaldır? Əgər Ovik Aqazaryan utanmırsa, qoy telefonunda olan məlumatları dərc etsin", - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью