Simonyan Bakı səfəri zamanı hansı məsələləri müzakirə edəcək?

26.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan qarşıdakı Azərbaycan səfəri çərçivəsində ikitərəfli münasibətlərlə bağlı məsələlərin müzakirə olunacağını bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Sülh körpüsü” təşəbbüsünün 5-ci görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dekabrda Azərbaycana planlaşdırılan səfər zamanı müzakirə ediləcək məsələlərin gündəliyi əvvəlki görüşlərin gündəliyindən ciddi şəkildə fərqlənməyəcək.
“Bunlar daim müzakirə etdiyimiz məsələlərdir. Gündəlik ciddi şəkildə fərqlənməyəcək. Həmkarımız Ermənistana səfər etmişdi, indi növbə bizindir. Mən gedəcəyəm və növbəti görüşün də tarixini razılaşdıracağıq. Belə görüşlərdə çoxsaylı məsələləri müzakirə edirik, gündəlikdə əsasən eyni mövzular olur”, – deyə o bildirib.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью