Simonyan: Bakıya getməmək qəbuledilməzdir

10.12.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək “3+3” görüşündə iştirakı mümkündür.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək hər hansı bir tədbirdə iştirakını istisna etmirəm. Hansısa bir sualınız olsa, onları qaldıracağıq, amma fikrimcə, iştirak etməmək sadəcə qəbuledilməzdir”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью