Simonyan: “Biz niyə Türkiyə ilə müharibə etməliyik?”

09.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistan müharibə gözləntisi ilə yaşamamalı və güclənmək adı altında düşmənlərlə mümkün toqquşmaya hazırlaşmamalıdır. Əksinə, elə etməlidir ki müharibəyə bəhanə olmasın”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan diaspora nümayəndələri ilə görüşdə Türkiyə ilə münasibətlərin tənzimlənməsinə dair suala cavabında belə deyib.

Simonyan diaspora nümayəndəsinin “Ermənistan əvvəlcə güclənməli və qüvvətlənməli, sonra Türkiyə ilə münasibətlərin tənzimlənməsi gündəliyini irəli sürməlidir” fikrinə etiraz edib. O bildirib ki, məhz belə düşüncə tərzi Ermənistanı indiki vəziyyətə gətirib.

“Sizin dediyiniz düşüncə tərzi ilə biz hərəkət etmişik və bu düşüncə tərzi məhz sizin dediyiniz. Bir ovuc Ermənistana gətirib çıxarıb. Bəs niyə biz bu məntiqin içində olmalıyıq?”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan ordusu elə imkanlara malik olmalıdır ki, ölkəyə hücum rəqib üçün son dərəcə ağrılı olsun.

Lakin o, təhlükəsizliyin əsas təminatı kimi müharibədən yayınmağı hesab edir. “Mən inanmıram ki, belə hesablama işləyəcək. Hesab edirəm ki, biz elə orduya malik olmalıyıq ki, Ermənistan Respublikasına hücum o qədər ağrılı olsun ki, buna ehtiyac olmasın.

Daha dərindən getsək, fikrimcə, bizim aramızda dava etməyə bəhanə olmamalıdır. Axı, niyə biz türklərlə müharibə etməliyik?”, - deyə Simonyan qeyd edib.

O, həmçinin vurğulayıb ki, Türkiyənin mümkün hücumu halında Ermənistan əvvəlcədən güclənməyə və hazırlaşmağa vaxt tapmayacaq:

“Əgər onlar hücum etmək istəsələr, biz güclənməyə vaxt tapmayacağıq. 70 il bizi yedizdirən - gəlin, rusun quyruğundan tutaq, əks halda türk bizi yeyəcək xülyasının reallıqla heç bir əlaqəsi yoxdur”, - deyə Təhlükəsizlik Şurasının katibi bəyan edib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: Türkiyə Simonyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью