Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az Ermənistan mediasına istinadən bildirir ki, spikerin mətbuat xidmətinin yaydığı məlumata görə, Alen Simonyan Samsonyan və Saqatelyanın aparıcılıq etdiyi “İmnemnimi” podkastında səsləndirilən təhqir və təhdidlərə hüquqi qiymət verilməsini xahiş edir.
“Daha əvvəl verilişdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan çıxış edib. Veriliş yayımlandıqdan sonra Simonyan sosial şəbəkədə müsahibəyə kəskin reaksiya verib. Aparıcılar bunun qarşılığnda parlament sədrini təhqir etməklə yanaşı, onun özünün və anasının ünvanına təhqiredici və hədələyici ifadələr işlədib”, - xəbərdə deyilir.
Erməni mətbuatı xatırladır ki, bu ilin avqustunda parlament sədri artıq Saqatelyana qarşı məhkəmə iddiası qaldıraraq, onun şərəf və ləyaqətinə dəyən zərərin ödənilməsini tələb edib.
Daha sonra İrəvanda “İmnemnimi” podkastının həmmüəllifləri blogerlər Narek Samsonyan və Vazgen Saqatelyanın həbsi ilə bağlı xəbərlər yayılıb. Onların Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları tərəfindən saxlanılmasının görüntüləri internetdə yayımlanıb. Blogerlərin hər ikisi İstintaq Komitəsinə aparılıb.
Samsonyanın təsis və idarə etdiyi “Antifake.am” platformasının ofisində də faktların yoxlanılması ilə bağlı yoxlama platformasının ofisində də axatraşılar aparılıb. İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, “başlanmış cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir”.
Vəkil Arsen Babayan Saqatelyanın evində də istintaq tədbirlərinin aparıdlığı barədə sosial şəbəkələrdə paylaşım edib.
- Onun vəkili kimi mən içəri buraxılmağı tələb etdim, amma müstəntiq səbrli olmağımı istədi. Olsun, mən səbirli olmağı bacarıram”, - Babayan yazıb.
Samsonyanın vəkili Ruben Məlikyanın sözlərinə görə, hər iki bloger xuliqanlıqda ittiham edilir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. “Daha əvvəl verilişdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan çıxış edib. Veriliş yayımlandıqdan sonra Simonyan sosial şəbəkədə müsahibəyə kəskin reaksiya verib. Aparıcılar bunun qarşılığnda parlament sədrini təhqir etməklə yanaşı, onun özünün və anasının ünvanına təhqiredici və hədələyici ifadələr işlədib”, - xəbərdə deyilir.