Simonyan bütün sirləri açdı: “Bakıya gələcəm, çünki…” KONKRET

02.06.2026

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana səfərə gəlmək ehtimalını istisna etməyib.

KONKRET.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, dəvət alacağı və münasib imkan yaranacağı təqdirdə Azərbaycana səfər edə bilər.

Simonyan qeyd edib ki, bu yaxınlarda Azərbaycanda keçirilən forumlardan birinə dəvət olunub.

“Bir sirri açıqlaya bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirilirdi və azərbaycanlı həmkarım məni ölkənizə dəvət etmişdi. Lakin təəssüf ki, seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədar forumda iştirakdan imtina etdim”, – deyə Ermənistan parlamentinin sədri vurğulayıb.

O, əlavə edib ki, gələcəkdə uyğun şərait yaranarsa, belə bir səfər mümkün ola bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью