Simonyan deputatları təbrik etdi, Paşinyanın adını çəkmədi

05.08.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan parlamentinin sabiq sədri Alen Simonyan IX çağırış Milli Assambleyanın deputatlarını və yeni rəhbərliyini təbrik edib.

Modern.az xəbər verir ki, Simonyan bununla bağlı sosial şəbəkədə paylaşım edib.

O, paylaşımında IX çağırış Milli Assambleyanın deputatlarını, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasındakı keçmiş həmkarlarını və parlamentin yeni rəhbərliyini seçilmələri münasibətilə təbrik edib.

“Onlara Ermənistan Respublikasının və xalqımızın rifahı naminə səmərəli fəaliyyət arzulayıram”, – deyə Simonyan bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью