Simonyan: Dünyanı Çin idarə edəcək VİDEO

01.07.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kremlin əsas təbliğatçılarından biri, "RT" (Russia Today) telekanalının baş redaktoru Marqarita Simonyan gələcəkdə qlobal güc balansının tamamilə dəyişəcəyi və Çinin dünyada lider dövlətə çevriləcəyi barədə diqqətçəkən açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Müsahibəsində öz şəxsi həyatından və övladlarının gələcək planlarından danışan Simonyan uşaqlarının hazırda dil praktikası keçmək üçün Çinə yollandıqlarını bildirib. O qeyd edib ki, bura onun ən kiçik yaşlı övladları da daxildir.
Simonyan uşaqlarına tez-tez verilən "Niyə məhz çin dilini öyrənirsiniz?" sualına onlar belə cavab verib: “Çünki biz böyüyəndə dünyanı Çin idarə edəcək'".
Təbliğatçının bu etirafı sosial şəbəkələrin Rusiya və beynəlxalq seqmentində geniş müzakirələrə səbəb olub. Şərhçilər Kremlin rəsmi tezislərini yayan bir şəxsin dilindən belə bir iddialı fikrin səslənməsini Rusiyanın gələcəkdə geosiyasi baxımdan Pekindən asılı vəziyyətə düşəcəyinin dolayısı ilə qəbul edilməsi kimi qiymətləndiriblər.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью