Simonyan: Ermənistan qonşularına qarşı proseslərə qoşulmayacaq

07.11.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan İrana və digər qonşu ölkələrinə qarşı yönəlmiş heç bir prosesdə iştirak etməyəcək.

Gununesi.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İkinci Ümumerməni Sammiti çərçivəsində keçirilən müzakirələr zamanı bildirib.

O, ABŞ-nin təşəbbüsü ilə həyata keçirilən TRIPP layihəsinin İrana qarşı istifadə oluna biləcəyi ilə bağlı suala cavabında Ermənistanın mövqeyini açıqlayıb.

“Biz heç vaxt İrana və ya hər hansı qonşumuza qarşı heç bir prosesə qoşulmayacağıq. Bu, bizim siyasi mövqeyimizdir. İkincisi, TRIPP iqtisadi layihədir. Bu layihə çərçivəsində orada bir nəfər belə silahlı hərbçinin olması nəzərdə tutulmur”, – Simonyan deyib.

Onun sözlərinə görə, Ermənistan bu məsələ ilə bağlı bütün qonşularını məlumatlandırıb.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, layihə İran üçün də yeni imkanlar yarada bilər. Onun sözlərinə görə, TRIPP Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar açan Orta Dəhlizin mühüm hissəsidir.

Gununesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью