Simonyan: “Ermənistan və Azərbaycan danışıqları çıxılmaz vəziyyətdə deyil”

11.02.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanla Azərbaycan arasında danışıqlar dalana dirənməyib, lakin Bakı 3 aydır ki, İrəvanın təkliflərinə cavab vermir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə bildirib.

“Ermənistanla Azərbaycan arasında danışıqların çıxılmaz vəziyyətə düşdüyünü deyə bilmərəm. Lakin Azərbaycan 3 aydır ki, bizim təkliflərimizə cavab vermir ki, bu da narahatlıq doğurur”, - deyə o, əlavə edib.

Simonyan qeyd edib ki, regionda nəsillər boyu davam edəcək sülhün bərqərar olması üçün tarixi imkanımız var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью