Simonyan: “Koçaryanın əli qana batıb, həbs olunmalıdır”

20.05.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın spikeri Alen Simonyan dünən jurnalistlərə verdiyi müsahibəsində sabiq prezident, Xocalı qatili Robert Koçaryanı cinayətkar adlandırıb.

Tribunainfo.az xəbər verir ki, o, Koçaryanı bir sıra məsələlərdə ittiham edib.

Simonyan deyib ki, Ermənistanın sabiq prezidentinin əli qana batıb. “O, öz millətinin qanını töküb. Əli qana batıb. Mən Robert Köçəryanı həbsxanada görürəm. Mən ədalətimizə inanıram. Onun yeri həbsxanadır. Bu qədər etdiyi pisliklərə görə cəzasız qalmamalıdır”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью