Simonyan mandatdan imtina etdi Paşinyandan gözlənilməz cavab

02.07.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mən əvvəlcədən Alen Simonyanın parlamentin sədri və ya deputatı olmayacağını planlaşdırmamışdım.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlament iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

“Mən bu vəziyyətə hazır deyildim. Mövqeyimi formalaşdırmalıyam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, hakim Mülki Müqavilə Partiyası Paşinyanın ən nüfuzlu kadrlarından sayılan Alen Simonyanın namizədliyini parlament sədrliyinə irəli sürməyib. Çoxluq Alen Simonyanın müavini olan Ruben Rubinyanı dəstəkləyib.

Bu gün isə Alen Simonyan deputat mandatından imtina edəcəyini, ancaq siyasi fəaliyyətini Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasında davam etdirəcəyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью