Simonyan Matviyenko ilə danışdı, Moskvaya gedir

23.01.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Simonyanın elan edilən Moskva səfərinin təfərrüatı müzakirə olunub. Rəsmi səfər 5-6 fevral tarixlərində baş tutacaq.

Simonyan və Matviyenko həmçinin Ermənistan-Rusiya ikitərəfli gündəliyi ilə bağlı məsələlərə toxunublar.

Qeyd edək ki, Simonyan Paşinyan komandasında Rusiyanın ən sərt tənqidçilərindən biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью