Simonyan Moskva yolçusudur

23.01.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvaya gedəcək. SİA-nın məlumatına görə, A.Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb. A.Simonyanın elan edilən Moskva səfərinin təfərrüatı müzakirə olunub. Rəsmi səfər 5-6 fevral tarixlərində baş tutacaq. Simonyan və Matviyenko həmçinin Ermənistan-Rusiya ikitərəfli gündəliyi ilə bağlı məsələlərə toxunublar.

Mətləb Salahov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью