Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Erməni spikerin İtaliyada sərsəmləməsi Ermənistan parlamentinin spikeri Alen Simonyan İtaliyaya səfər edib və ölkənin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşündə “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini qaldırıb.
Əlbəttə, Simonyan, prinsipcə, erməni dövlətini təmsil etmir və bu mənada, istədiyini danışa bilər.
Amma nəzərə alaq ki, o, Ermənistanın hakim komandasının üzvüdür.
Hakim komandadan söz düşmüşkən, Ararat Mirzoyan bir vaxtlar parlamentin spikeri idi, indi xarici işlər naziridir.
Yəni rəsmi şəxsidir və sabah Simonyan da hansısa vəzifəyə gedib rəsmiyə çevrilə bilər.
Deməli, indidən sərsəm mövzuları gündəmə gətirməməyi öyrənməlidir.
Burada bir haşiyə çıxaq ki, A.Simonyan bu yaxınlarda qalmaqalla gündəmə gəlmişdi.