Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
“Bəli, bəzi qarşılıqlı səfərlərin baş tutacağı güman edilir, amma birincisi, kim dedi ki, bu, Bakı ilə bağlıdır?”
“Mənim Bakıya səfərimlə bağlı heç bir razılaşma yoxdur. Bu şayiələr həqiqətə uyğun deyil”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Bakıya səfərlə bağlı heç bir razılaşma yoxdur və bu barədə heç bir müzakirə aparılmayıb: "Bəli, bəzi qarşılıqlı səfərlərin baş tutacağı güman edilir, amma birincisi, kim dedi ki, bu, Bakı ilə bağlıdır? Belə bir söhbət olmayıb. İkincisi, vaxtla bağlı heç bir müzakirə aparılmayıb. Mən Bakıdan bəhs etmədim. Xatırlayarsınız ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Dilican şəhərinə səfər etdi. Güman edilir ki, müəyyən bir vaxtda onunla işləyən rəsmi şəxs olan Təhlükəsizlik Şurasının katibi də Azərbaycana səfər edəcək, amma Bakıya yox. Məntiq diktə edir ki, bu, başqa bir şəhər olacaq. Çünki biz onu paytaxtda deyil, başqa bir şəhərdə qəbul etdik".