Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ermənistan Parlamentinin sədri Alen Simonyan fevralın 5–6-da Rusiya Federasiyasına rəsmi səfər edəcək.
Globalinfo.az xəbər verir ki, səfər ərəfəsində Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.
Danışıq zamanı qarşıdakı səfərin təfərrüatları, eləcə də Ermənistan–Rusiya münasibətlərində mövcud olan aktual məsələlər müzakirə olunub.
Görüşlər çərçivəsində parlamentlərarası əməkdaşlıq və ikitərəfli əlaqələrin perspektivlərinin diqqət mərkəzində olacağı gözlənilir.
Tahir Turan
Globalinfo.az