Simonyan Rusiyaya səfər öncəsi “yumşaldı”

04.02.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Moskvaya səfərindən əvvəl Rusiya ilə bağlı əvvəllər verdiyi sərt açıqlamaları yumşaldıb.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“O, müsahibəsində jurnalisti hibrid müharibə ifadəsindən imtina etməyə çağıraraq bildirib ki, burada müharibə termini yersizdir”, - məlumatda deyilib.

Qeyd edək ki, Ermənistan parlamentinin mətbuat xidməti Simonyanın fevralın 4-dən 7-dək Moskvada səfərdə olacağını bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью