Simonyan: Sülh prosesi hazırda pozitiv mərhələdədir

04.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir.

Bakıvaxtı.az-ın “1lurer.am”a istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Sadəcə fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Biz bu məsələyə pozitiv yanaşırıq. Müzakirələrdə müsbət dinamika müşahidə olunur”, - Simonyan fikirlərini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью