Simonyan: Sülh prosesi hazırda pozitiv mərhələdədir

04.12.2024

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir.

Adalet.az-ın “1lurer.am”a istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Sadəcə fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Biz bu məsələyə pozitiv yanaşırıq. Müzakirələrdə müsbət dinamika müşahidə olunur”, - Simonyan fikirlərini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью