Simonyan Ter Petrosyanı sərt tənqid etdi: Sən məğlubiyyətin simvolusan

08.06.2025

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın II Qaregin ilə görüşünə sərt reaksiya verib.

Teleqraf xəbər verir ki, o bu barədə "Telegram" kanalında yazıb.

"1 mart hadisələri zamanı Ter-Petrosyan xalqın taleyinə biganə qalıb və sonrakı açıqlamaları ilə məsuliyyətdən yayınmağa çalışıb. Ter-Petrosyan artıq xalqın yaddaşında nə müstəqilliyin simvolu, nə də böyük lider kimi qalacaq. Sən məğlubiyyətin, müstəqilliyin uğursuzluğunun və siyasi iflasın simvolusan”, – Simonyan bildirib.

Qeyd edək ki, iyunun 7-də Levon Ter-Petrosyan II Qaregin ilə görüşüb. Görüş zamanı o, katolikosu dəstəklədiyini bildirib və Ermənistan hökumətinin kilsəyə qarşı atdığı addımları pisləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью