Simonyan Tokayevlə Ermənistan Azərbaycan münasibətlərini müzakirə edib

14.05.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə etməklə yanaşı, regional hadisələrə də toxunublar. 

Məlumata görə, Simonyan Qazaxıstanın Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlara və iki ölkə arasında konstruktiv dialoqa dəstəyini alqışlayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью