Simonyan və Lavrov görüşəcək: Zaxarova detalları açıqladı

04.02.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan parlamentinin sədri Alen Simonyan sabah Moskvaya rəsmi səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Tərəflər ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə edəcəklər. Xüsusilə Moskva ilə İrəvan arasında ortaq Avrasiya strukturlarında qarşılıqlı əlaqəyə və bu sahədə dialoqa diqqət yetiriləcək”, - Zaxarova bildirib.

Qeyd edək ki, Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti 4-7 fevral tarixlərində Rusiyaya səfər edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью