Simonyan Vyetnamda To Lamla görüşdü

20.11.2024

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam ilə görüşüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı To Lam Simonyanın səfərinin gələcəkdə ikitərəfli ənənəvi dostluğa və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə yeni təkan verəcəyini bildirib.

Tərəflər qarşılıqlı turizmin əhəmiyyətindən söz açıb, bunun iqtisadi səmərə ilə yanaşı, insanlar arasında əlaqələrin inkişafına təkan verəcəyini qeyd ediblər. Simonyan regional hadisələrə də toxunub və “Dünyanın kəsişməsi” (Sülh qovşağı) layihəsini To Lama təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью