Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Federasiyasına müraciət edirəm: sanksiyalar ləğv edilməsə, Ermənistan öz problemlərini müstəqil şəkildə həll edəcək.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan erməni mediasına geniş müsahibəsində deyib.
“Keçmişin səhvlərini təkrarlamayın”, - deyə Simonyan Rusiyaya xitabən bildirib.
Qeyd edək ki, Rusiya Ermənistanın bir çox məhsullarına idxal qadağası tətbiq edib. Ermənistan hakimiyyəti bu qadağaları seçkiöncəsi təzyiq və sanksiya kimi qiymətləndirir.