Simonyandan Qriqoryana sərt tənqid: Bir gecədə qərarlarını dəyişdilər

20.11.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yeni konstitusiyada Avropa İttifaqına (Ai) üzv olmaq istəyinin təsbit edilməsi məsələsi gündəmdə deyil, hazırda buna heç bir ehtiyacımız yoxdur".

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryanın Qərblə yaxınlaşmağa çalışdıqca hökumətin Moskvanın ağuşuna daha çox düşməsi barədə iddiasına münasibət bildirən Simonyan Serj Sarqsyanın 2013-cü ildə Aİ ilə Assosiasiya sazişi üzrə danışıqlar apararkən bir gecədə qərarını dəyişib Gömrük İttifaqına daxil olmasını misal çəkərək qeyd edib:

"Mən onun mövqeyinə hörmətlə yanaşıram, çünki o əvvəllər də bu cür fikirlər səsləndirib. Lakin mənim iki sualım var: o, son 8 ildə nə ilə məşğul olub, məgər Qərblə yaxınlaşmağa cəhd etmirdimi?

Bu zaman belə bir sual yaranır: o, nə iş görürdü? Onun balanslaşdırılmış addımlar atdığını demək yalan olar, çünki belə bir şey yaşanmayıb: balanslı siyasət yürütməyib və Avropapərəst kursun tərəfdarlarından biri olub.

İkincisi, 2013-cü ilin nümunəsi burada yersizdir. Çünki əgər sənin seçilmiş hakimiyyətin varsa və Brüssel, Moskva, Vaşinqton və ya digər bir paytaxt tərəfindən təyin edilmirsə, sən özün nə edəcəyinə qərar verirsən. Bir çox məsələlərdə bizə təsir göstərməyə cəhd ediblər: bir gecədə deyil, bir ay ərzində hücum edərək Ermənistan Respublikasının siyasi kursunu bu və ya digər istiqamətə dəyişməyə çalışıblar. Ancaq bu baş tutmadı, çünki Ermənistan Respublikasında xalqın seçdiyi iqtidar var".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью