Simonyandan Rusiyaya “badımcan və xiyar” cavabı

10.06.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azadlığın qiyməti çiyələk, badımcan və ya xiyar ola bilməz.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan seçkilərdən sonra Rusiyanın Ermənistana mümkün təzyiqi ilə bağlı sualı cavablandırıb:

“Düşünürəm ki, onlar bizə təzyiq göstərməyə davam edəcək, bu da əslində yaxşı deyil. Bunu etməyi məsləhət görmürəm, çünki bu, qardaş Ermənistan xalqının mənfi reaksiyasına səbəb olacaq. Biz ölkənin azadlığını çiyələyə dəyişməyəcəyik. Azadlığın qiyməti çiyələk, badımcan və ya xiyar ola bilməz. Rusiyanın atdığı addımlar əks-reaksiya doğurdu. Bu, cəmiyyəti mövcud hökumətin ətrafında birləşdirdi. Amma nədənsə bunu başa düşmədilər”.

Qeyd edək ki, Rusiya Ermənistan hakimiyyətinə təzyiq məqsədi ilə kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью