Simonyanı parlamentdən belə yola saldılar (Video)

03.07.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Ermənistan parlamentinin sədri vəzifəsindən istefa verən Alen Simonyan qanunverici orqanla vidalaşdığı anları əks etdirən görüntüləri ictimaiyyətə təqdim edib.

Milli.Az xəbər verir ki, sabiq spiker sosial şəbəkə hesabında paylaşdığı videoda parlament binasını alqışlar altında tərk etdiyini göstərib. Kadrlarda iclas zalında deputatların sayının az olduğu görünsə də, iştirak edən millət vəkillərinin onu alqışlarla yola saldığı əks olunub.

Qeyd edək ki, Alen Simonyan hakim "Vətəndaş Müqaviləsi" Partiyasının namizədi kimi 2021-ci ilin avqustunda Ermənistan parlamentinin sədri seçilmişdi. Həmin vaxt səsvermədə iştirak edən 71 deputatın hamısı onun namizədliyini dəstəkləmiş, müxalifət fraksiyaları isə prosesi boykot edərək səsverməyə qatılmamışdı.

Paylaşılan vida görüntüləri Ermənistan ictimaiyyətində və sosial şəbəkələrdə diqqət çəkən mövzulardan birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью