Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, təşəbbüskar Rusiya tərəfi olub.
Alen Simonyanın 5-6 fevral tarixlərində Rusiya Federasiyasına rəsmi səfərinin təfərrüatları müzakirə olunub.
Digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.