Simonyanın “silahı” özünə qarşı çevrildi: Villanı döydülər Video

14.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

2019-cu ildə Fransin Villa adlı qaradərili xanım ABŞ-dan Rusiyaya köçmüşdü, “ABŞ-da rasizm var, məni yaşamağa qoymurlar, təqib edirlər” deyərək, 6 ildir Rusiya TV-lərində çıxışlar edirdi.

Axar.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli məlumat paylaşıb.

O bildirib ki, Rusiya təbliğatının əsas simalarından olan Marqarita Simonyan bu xanım haqqında hətta film də çəkmişdi:

“Filmdə guya Rusiyanın nə qədər tolerant ölkə olduğu haqqında mesajlar verilirdi. İndi məlum olur ki, bir neçə gün əvvəl Fransin xanımı öz qonşuları qaradərili olduğu üçün döyüblər, adam xəstəxanalıq olub. Əsl Rusiya budur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью