​Simonyanın yeni vəzifəsi açıqlandı Səfir olmayacaq

13.08.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Parlament sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin etmək niyyətindədir.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yayılıb.

7 iyun parlament seçkilərindən sonra vəzifəsiz qalan Simonyanın xeyli vaxtdır Paşinyandan müxtəlif vəzifələr istədiyi bildirilirdi.

Ermənistan mediasının yazdığına görə, Simonyan Paşinyandan Baş nazirin müavini və ya Böyük Britaniyadakı səfir vəzifəsini istəyib. Lakin onun bu istəkləri rədd edilib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью